<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>194</hymn_number>
<lyrics>[V1]
 Rəbbin dirilmə günündə Ona izzət verilsin,
 Rəbbin dirilmə nəğməsi qəlbləri sevindirsin.
 Həmdlər edin siz Tanrıya bu dirilmə günündə,
 Çünki Allah Öz Oğlunu qurban verdi bizlərə.

[C1]
   Alqış, alqış Xilaskara, Göyü ,Yeri Yaradana,
   Ölülərdən dirilən Müqəddəs Rəbb İsaya!
   Gəlin hamımız oxuyaq: «Haleluya, hosanna»,
   Rəbbimizə izzətlər versin bütün ürəklər!

[V2]
 Öldü, dirildi, bizimçün Göylərə qapı açdı,
 Məhəbbəti, mərhəməti qəlblərə işıq saçdı.
 Məhkum olmuş canlara azadlıq, xilas verdi,
 Eşit dünya, oyan yatan, İsa Məsih dirildi!</lyrics>
<title>Rəbbin dirilmə günündə Ona izzət verilsin, İL194</title>
</song>